Səhvlərinizdən öyrənin

səhvlərimdən oyrəndimQəzet müxbiri tibdə yeni ixtira etmiş alimdən, “siz bu ixtiranız üçün ən çox kimə borclusunuz?” — deyə soruşdu.
Alim bu suala: “Anama”, — deyə cavab verdi və davam etdi: “Uşaq vaxtı soyuducudan süd götürmək istəyəndə şüşə əlimdən sürüşüb düşdü. Hər tərəf süd gölünə çevrilmişdi. Anam mətbəxə gəlib məni cəzalandırmaq əvəzinə: “Nə gözəl bir iş görmüsən. Əvvəllər heç belə süd gölü görməmişdim. İndi yəqin ki, südü təmizləməzdən əvvəl onunla oynamaq istəyəcəksən”, — dedi. Sonra mən də, anam da yerə tökülən südlə oynadıq.
Bir azdan anam: “Artıq südü təmizləmək vaxtıdır. De görüm, südü nə ilə təmizləmək istəyirsən? Süngərdən istifadə edək, yoxsa parçadan?” — deyə soruşdu. Mən süngəri seçdim və birlikdə yerə tökülən südü təmizlədik. Sonra anam: “Bilirsən, sən südlə dolu şüşəni qaldıra bilmədiyin üçün bu hadisə baş verdi. İndi birlikdə həyətə gedək və şüşəni su ilə doldurub- götürməyi öyrənək”. Bu hadisə mənim üçün böyük bir dərs oldu. Bundan sonra səhv etsəm də qorxmadım. Əksinə, hər bir səhvin yeni bir şey öyrənmək üçün gözəl bir fürsət olduğunu anladım. Əslində elmi təcrübələrdə də belədir. Bir təcrübədə uğursuzluğa məruz qalırsan, ancaq əvəzində o təcrübədən çox qiymətli məlumatlar əldə edirsən”...

P.S. Dahi olmaq heç də çətin deyil!


Davamı →

Özgüvənin nəticəsi

Sylvester Stallone
O, hər dəfə böyük həvəslə yazdığı ssenariləri rejissorlara aparır, ancaq hər dəfə də eyni cavabı, yəni, “yox” cavabını alaraq geri qayıdırdı. Kim bilir, bu vaxta qədər bu cavabla onun üzünə neçə qapı bağlanmışdı.
Üstəlik, bir yox, iki yox, düz 50 Hollivud rejissoru ona yaxşı yazıçı olmaq üçün istedadı olmadığını demişdi. Ancaq o həm özünə, həm də öz istedadına inanırdı. Həm də elə bir şəraitdə ki, bu şəraitdə az qala bütün Hollivud rejissorları onu yazıçılıq fikirindən daşındırmağa çalışırdı. Ancaq o heç vaxt bezmədi və bezmədən də yazmağa davam etdi. Rejissorların pis yazıçı olmaqda “günahlandırdıqları” bu adamın adı Silvester Stallone, pis ssenari olmaqda “günahlandırdıqları” bu əsərin adı isə “Rokki” idi. Həm də Silvester Stalloneni Hollivudun zirvələrinə qaldıran “Rokki”…
Davamı →

Məktəb həyatı...Həyat məktəbi

Samuel Butler;  «Yaşamaq, çoxluq qarşısında tək başına skripka çalmaq kimidir, skripka çalmağı da skripka çalarkən öyrənməkdir»- deyər. Bir çoxumuzun, «necə yaşamalı?» sualının cavabını yaşayarkən öyrənməmizin  gözəl bir izahıdır.
Həyatımız iki etaplı bir oyuna  bənzəyir. Birinci etap  məktəb həyatı, ikinci etap isə  həyat məktəbi dövrüdür. Ortalama insan ömrünün 70 il sayıldığını nəzərə alsaq,  ömrümüzün dörddə biri məktəb həyatında,  dörddə üçü həyat məktəbində keçir.
Məktəb həyatı  bitincə həyat məktəbi başlar. Hər nə qədər məktəb həyatının məqsədi  insanı  həyat məktəbinə hazırlamaq olsa da, bir çox alimin haqlı olaraq bildirdiyi kimi; «həyat məktəbində ən çox lazım olan məlumatlar, məktəb həyatında öyrədilməyənlərdir.»
Məktəb həyatında, «Həyat bilgisi» dərsi  olduğu  halda, həyat məktəbində bildiklərimiz niyə köməyə gəlmir?  Çünki məktəblər bizi həyata deyil, imtahanlara hazırlayır. Gündəlik həyat bacarıqları qazandırmaq üçün deyil, akademik məlumat toplamaq üçün çalışır.


Ardı →

"Su" olduğunu düşün

İndi sən «su» olduğunu düşün. Su qədər xüsusi, su qədər faydalı və su qədər çox, tükənməz ...su
 İnanıram ki, həqiqətən də eləsən. Amma istər bulaqlardan tökül, istər göylərdən yağ, istər çaylar dolusu ax; dibi olmayan bir vedrəni doldura bilməzsən. Yəni səni dinləməyənlərə səsini eşitdirə bilməzsən ...
Unutma! Daha çox qışqırdığında daha çox dinlənməzsən. Səs-küyün parçası olarsan yalnız!
Suyun yanında olanlar suyu ən az içənlərdir. Çünki, «Su onsuz da burada, lazım deyil ki  suyu doya-doya içmək» -deyə düşünürlər. Eynilə, səsini davamlı eşidənlərin səni dinləmədikləri kimi.
 Meşədəki heç bir heyvan, çayın səs-küylər qoparan yerindən su içməyə çalışmadı indiyə qədər. Hamısı, həmişə səhərin ən sakit anını gözlədi; suyun durğun yerlərini tapa bilmək üçün getdilər və sakit sakit doyunca içdilər.  Onlar üçün ən uyğun olan və öz istədikləri zamanda .
 Sən, həmişə bir su olduğunu düşün. Su kimi gözəl, su kimi faydalı, su kimi imtina edilməz… Və su kimi həyat qaynağı olduğunu düşün. Amma su kimi yaşadıcı ol; Su kimi dağıdıcı, sürükləyici və öldürücü deyil!
 Sən bir su ol… Amma rəhmət ol,  fəlakət deyil!  Susansa,  tarlalarını basma insanların, yuvalarını yıxma, ocaqlarını söndürmə.  Sənə «fəlakət» deyilməsin! Susansa,  bir stəkana sığmağı bil ki, damarlara girə biləsən!


Ardı →

Uğurlu insanların 45 xüsusiyyəti

1. Başqaları əllərini yanlarına saldığı və təslim olduğu məqamlarda, onlar yeni fürsətlər axtarır və onu tapırlar.
2. Digərlərinin uğursuzluq hesab etdiyi hadisədən nəticə çıxarmağı, dərs almağı bacarırlar.
3. Onlar düşünülmüş qərarlar qəbul edirlər.

4. Digərlərinin nə vaxtsa uğurun onları tapmasını gözlədiyi halda, bu insanlar özləri məqsədyönlü şəkildə və daima uğura gedəcək yol salırlar.
5. Onlar da digərləri kimi qorxu hissi yaşayır, lakin bu hissin onlara hakim kəsilməyinə icazə vermir, qorxu onları deyil, onlar qorxunu idarə edir. Qorxu sadəcə ehtiyat deməkdir.
6. Onlar düzgün sual verir- bu suallar tam və hər tərəfli cavablandırma tələb edirlər.
Ardı →

Uğur qazanmağın sirri

İllər əvvəl, bir neçə alim iri qurbağa üzərində  adi eksperimentlər aparıb. Onlar qurbağanı  qaynayan su konteynerine atanda,   iri qurbağa dərhal   isti sudan siçrayıb çıxırdı Daha sonra onlar qurbağanı soyuq suya atırlar. Bu zaman soyuq su qurbağanın xoşuna gəlir.Alimlər  konteynerin  istiliyini artırırlar. Su isindikcə, qurbağa  arxayınlaşır və yuxuya gedir. Qurbağa o dərəcə də rahat olur ki, konteynerdən çıxmır axırdada *bişir *
Bizim çoxumuz komfort zonadayıq. Bizim getməyə evimiz,yatmağa yatağımız,soyuducuda ərzağımız,qoşula biləyəcəyim dostlarımız var, Biz bu səviyyəyə gəlmək üçün çox çalışmışıq. Bunu nəyə görə dəyişməliyik?  Həqiqət odur ki, bizim çoxumuz qurbağa oxşayırıq. Biz isti və rahat hiss edirki özümüzü ,biz öz komfort zonamızdan çıxmaq istəmirik. Həyatda ya biz yaradırıq ya da dağıdırıq. Olduğumuz yerdə qalmalıyıq deyə bir şey yoxdur, çünki  hərəkət həmişə mövcuddur. Əgər  irəli getməsək, doğal olaraq əks istiqamətdə gedəcəyik
Davamı →

Bir

Bir ağac bir meşənin başlanğıcı ola bilər.
Bir quş, baharın müjdəçisi ola bilər.
Bir gülümsəmə bir dostluğu başlada bilər.
Bir qucaqlaşma əhvalınızı yüksəldə bilər
Bir ulduz, dənizdə bir gəmiyə yön göstərə bilər.
Bir tək söz, böyük bir idealı izah edə bilər.
Bir zərrə günəş işığı, bir otağı işıqlandıra bilər.
Bir şam, qaranlığı yırta bilər.
Bir gülüş, hüznü fəth edə bilər.
Bir addım, uzun bir səfəri başlada bilər.
Bir dua, bir sözlə başlar.
Bir səs, müdrikliklə danışa bilər.
Bir ürək həqiqət olanı anlaya bilər.
Bir həyat çox şeyi dəyişdirə bilər.
Gördüyün kimi.
Hər şey sənə bağlı!..
Nə qədər əhəmiyyətli olduğunuzu heç vaxt unutmayın!

 
Davamı →

A.Enşteynin uğur qazanmaqla bağlı qənaətləri

1.Maraqlarınızın arxasınca gedin.
«Mənim xüsusi istedadım yoxdur, ancaq maraqlarımın arxasınca ehtirasla gedən biriyəm.»

2.İradə az şey deyil.
"Çox istedadlı olduğuma görə deyil, problemlərlə əlləşməkdən əl çəkmədiyimə görə uğur qazandım."

3.Bu günə fokuslanın.
İki atı eyni anda sürmək mümkün deyil.Nəsə edə bilərsən, ancaq hər şeyi edə bilməzsən.İndiyə fokuslanın və bütün enerjinizi hazırda gördüyünüz işə sərf edin.

4.Xəyallarınız sizə güc verir.
Zəkanın gerçək göstəricisi xəyal gücüdür, məlumat deyil.

5.Səhv edin!
Heç bir səhv etməmiş insan yeni bir şeyə cəhd etməmiş insandır.

6.İndini yaşayın.
Mən gələcəyi heç düşünmürəm, nə də olsa gələcəkdir.

7.Dəyərli olun.
Uğurlu olmağa yox, dəyərli olmağa çalışın.

8.Fərqli nəticələr gözləməyin.
Dəlilik-eyni şeyi dəfələrlə edib fərqli nəticələr gözləməkdir.

9.Bilik təcrübədən  doğur.
Bilik məlumat deyil.Bilməyin tək yolu təcrübədir.

10.Qaydaları öyrənin, daha yaxşı oynayın!
Oyunun qaydalarını öyrənmək məcburiyyətindəsiniz.Belə olarsa, hamıdan yaxşı oynaya bilərsiniz.


Davamı →